HAKİMİYYƏT RESURSLARI

(fransız ressource - köməkçi vəsait) - hakimiyyəti və onun təməlini möhkəmləndirmək, insanları, cəmiyyəti (dövləti) idarə etmək üçün istifadə olunan (və ya istifadəsi mümkün olan) real və potensial vasitələr. H.R. onun təməlindən irəli gəlir, eyni zamanda nisbətən müstəqildirlər və öz mahiyyətinə görə, həmin təməllərdən əhəmiyyətli dərəcədə genişdirlər. Odur ki, hakimiyyətin sosial-texnoloji halqasında, stabil və effektiv idarəçiliyin təmin edilməsində əsaslandınlmış göstərişin (Əmrin, Fərmanın, Qərarın və s.) qəbul edilməsi; onun tətbiq edilməsi; həyata keçirilməsinə nəzarət edilməsi; başqaları (idarəolunanlar) tərəfindən onun icrasının labüdlüyünə inandırılması, doğru-dürüst icrasına görə təşviq edilməsi və, eyni zamanda nalayiq icra edilməsinə və yaxud icra edilməsinə görə cəzalandırılmasının təmin edilməsi məqsədlərilə aşağıdakı H.R. mühüm əhəmiyyət kəsb edirlər: 1) ilk və ən vacib H.R. idarə edən şəxsin (idarəetməyə iddialı şəxsin - bu fərdi şəxs və ya dövlət məmuru ola bilər) müəyyən xarizmatik keyfiyyətləridir, hansı ki, ona vəziyyəti düzgün qiymətləndirməyə, öz yerində və vaxtında lazım olan doğrudürüst qərarı (göstərişi, Fərmanı, Əmri və s.) qəbul etməyə imkan verir; 2) pul və digər maddi nemətləri (o cümlədən, imtiyazlar), hansı ki, bütün təşəbbüslərin təşviqinə xidmət edir və idarəçilikdə zəruri olan tələbatları ödəyir; 3) kütləvi informasiya vasitələri (KİV), hansı ki, cəmiyyətin səfərbər edilməsində, idarə edilməsində və yönldilməsində danılmaz rol oynayır; 4) təşkilati resurslar, hansı ki, cəmiyyətin fəal üzvlərini öz daxilində hakim - tabeçilik iyerarxiyası strukturunda birləşdirməklə, yəni insanları vahid strukturda birləşdirməklə birgə fəaliyyət göstərməyə xidmət edən cəmiyyətin (eləcə də, dövlətin) idarəçiliyində “nüvə” və ya “lokomotiv” funksiyasını daşıyır (misal: siyasi partiya və ya digər təşkilat) bunun davamı olaraq; 5) insan potensialı, bu termin özündə idarəçilik üçün vacib olan üç mühüm amili cəmləşdirir: a) insanların savad və bacarıq keyfiyyətləri; b) kütləvilik və; c) “qüvvə”, hansı ki, cəmiyyəti (eləcə də, dövlət hakimiyyət orqanlarnı) özü ilə hesablaşmağa vadar edir; 6) məcburedici resurslar, hansı ki, müvafiq idarəçilik göstərişlərini (Əmr, Fərman, Sərəncam və s.) icra etməyən subyektə qarşı inzibati və maddi xarakterli, arzuolunmaz sanksiyaların tətbiqinə gətirib çıxarda bilər; 7) normativ resurslar, hansı ki, qanunvericilik aktlarmda (Konstitusiya, Qanunlar və digər hüquqi aktlar), təşkilat daxili Nizamnamə, Əsasanamə və s. eləcə də, yazılmayan “mənəvi-etik kodeksi” daxilində insanları, təşkilatı, cəmiyyəti və dövləti idarəetmək imkanları verir və xüsüsi olaraq; 8) icra aparat, hansı ki, idarəedici göstərişlərin (Əmr, Fərman, Sərəncam və s.) texniki baxımdan hazırlanmasına (tərtib etməsinə) kömək etməkdən başlayaraq, onun tətbiqini həyata keçirir, tətbiqinə mane olan məsələləri yerində həll edir, hətta həyata keçirilmədiyinə görə müəyyən cəza tədbirlərindən istifadə edir, yəni onun həyata keçməsinə əlində olan bütün üsul və vasitələrlə nəzarət və təmin edir və idarəedən şəxs qarşısında hesabat verir (məsuliyyət daşıyır). H.R.-dən elmi surətdə əsaslandırılmış və peşəkarcasına istifadə edilməsi həm hakimiyyətin özünü, həm də idarəedən şəxsin mövqelərini bərkidir, əks halda, yəni H.R.-ndan qeyripeşəkar, volyuntarist istifadə edilməsi hakimiyyətin həm əsaslarını parçalayır, dağıdır, həm də kritik (krizisli) vəziyyətlərin əmələ gəlməsinə gətirib çıxardır.
HAKİMİYYƏT NÜMAYƏNDƏSİ
HAKİMİYYƏTİN EFFEKTİVLİYİ
OBASTAN VİKİ
Hakimiyyət
Hakimiyyət — hər hansı üsulla (iradə, nüfuz, hüquq, zorakılıq, dövlət qurumları sistemi) ayrı-ayrı fərdlərin və ya qrup üzvlərinin insanların davranışına, fəaliyyətinə təsir göstərmək imkanı, müəyyən məqsədə çatması və maraqlarını reallaşdırmaq qabiliyyətidir. Hakimiyyət istənilən insan münasibətlərinin ayrılmaz hissəsidir. Cəmiyyətdə bir çox konfliktlər hakimiyyət uğrunda mübarizə üzündən baş verir, çünki fərdlərin və ya qrupların öz maraqlarını təcrübədə reallaşdırmaq imkanı hansı səlahiyyətə malik olmalarından asılıdır. Hakimiyyətin bir hissəsini qadınlara vermək üçün cəmiyyətdə səlahiyyətlərin yenidən bölünməsi, həmçinin, xarakterinin dəyişdirilməsi feminizmin əsas məqsədlərindən biridir. Qadınların bərabər hüquqlar əldə etmək uğrunda uzun mübarizəsi onların siyasi hakimiyyətə daxilolmaya nail olmasına aydın misaldır. Eyni zamanda, yalnız hakimiyyəti kişilərlə bölüşmək ideyası deyil, həm də onun dəyərini, ümumiyyətlə, şübhə altına almaq ideyası inkişaf edir. 1985-ci ildə Nayrobidə keçirilən Qadınların Vəziyyətinə dair III Ümümdünya Konfransından sonra qadın maraqlarının ön plana çəkilməsinin siyasi strategiya əlaməti kimi müxtəlif mənbələrdə qadın imkanlarının genişlənməsi və ya qadın nüfuzunun artması "empowerment" anlayışı kimi geniş vüsət tapdı. Bu dövrün konsepsiya müəllifləri hakimiyyəti sosial fəallığın geniş imkanları vəsait mənbələrinə nəzarət etmək hüququ, qərarlar qəbul etmək imkanı, bütün fəaliyyət sferalarında və səviyyələrində transformasiya potensialına sahib olmaq kimi müəyyənləşdirirlər.
İnsan resursları
İnsan resursları — təşkilatın və ya müəssisənin istehsal və xidmət sahələri üzrə qarşıya qoyulan məqsədlərə çatmaq üçün istifadə etdiyi əsas resurslardan biridir. İnsan istehsal prosesinin ayrılmaz hissəsi olmaqla yanaşı, eyni zamanda onun hədəfidir. İnsan resursları termini təşkilatın daxili və xarici insan potensialından yararlana biləcəyi bütün insanları ifadə edir, yəni birinci rəhbərdən tutmuş ən aşağı vəzifədə çalışan işçiləri və potensialları əhatə edir. İnsan resurslarının idarə edilməsi -iş yerində insana yönəlmiş bütün fəaliyyətləri əhatə etməklə, müəssisə daxilində insan qüvvəsinə olan ehtiyacın planlaması, iş analizlərinin aparılması və hüquq və öhdəliklərin müəyyənləşdirilməsi, namizədlərin cəlbi, seçimi və yerləşdirilməsi, işçilərin təlim və inkişaf etdirilməsi, performansın ölçülməsi, karyeranın idarə olunması, mükafatlandırma sistemi, nizam-intizam, sosial-mədəni fəaliyyətlər kimi funksiyaları özündə cəmləyir. İnsan resurslarının idarə edilməsinin ən önəmli xüsusiyyət insanı əsas tutmasıdır. Lakin, bu təşkilatın məqsədlərinin əsas olmadığı mənasını vermir. Bu yanaşma, insanın iş yerinin dəyərini mənimsəməsi, xoşbəxt və təmin olunmuş bir həyat sürməsinin işin məhsuldarlığına da təsir edəcəyini göstərir. İlhami Fındıkçı, İnsan kaynakları yönetimi, I Baskı, 1999, ss. 23–24.
İqlim resursları
İqlim resursları- dedikdə konkret ərazi və regionun malik olduğu istilik və rütubət ehtiyatı başa düşülür. Mövsüm və ərazi üzrə istilik, xüsusilə rütubətlik qeyri-bərabər paylanmışdır. Havanın temperaturu -90 °C-dən +80 °C arasında tərəddüd edir, hərçənd yer üçün orta temperatur təxminən +15 °C təşkil edir. Quru ərazi bütövlükdə atmosfer rütubətliyi ilə də pis təmin olunmayıb: onun səthinə hər il orta hesabla 119 min km³ yağıntı düşür. Lakin bəzi rayonlara ildə 12000 mm-dən artıq yağıntı düşdüyü halda, elə geniş ərazilər vardır ki, ora 50–100 mm-dən də az yağıntı düşür. Ətraf mühitdə su və havanın miqdarı praktiki olaraq azalmır, lakin insan fəaliyyəti nəticəsində onlar keyfiyyətcə pisləşə və istifadəsi məhdudlaşa bilər. Məsələn, suyun miqdarı azalmasa da, içməli suyun miqdarı azalır. Bu təbii resurslar yalnız müasir texnika və texnologiyanın köməyi ilə (suyun, tozun, qazın təmizlənməsi, həmçinin səhiyyə-gigiyena işləri) tükənməz qala bilər.
Bank resursları
Bank resursları — maliyyə resurslarının spesifik tərkib hissəsidir, bankda mövcud olan və onun kredit və digər aktiv əməliyyatların aparılması üçün istifadə etdiyi vəsaitlərin məcmusudur. Bank resurslarının strukturu bankların ixtisaslaşmasından asılıdır. Bank resurslarının formalaşması maliyyələşdirmə adlanır. Bank resurslarının ümumiləşdirilmiş strukturu: kapital (nizamnamə kapitalı, əlavə kapital, ehtiyat fondları, əvvəlki illərin bölüşdürülməmiş xalis gəliri, bölüşdürülməmiş xalis gəlir (zərər)); cəlb edilmiş resurslar (tələbsiz depozitlər, müddətli depozitlər, əhalinin əmanətləri, veksellər, banklararası kreditlər, müxbir hesablar). Cəlb edilmiş resurslar kommersiya banklarının balansında 80%-ə qədərdir, ona görə də belə bankların maliyyə nəticələri əsasən onların cəlb edilmiş resursları nə dərəcədə səmərəli formalaşdırmasından asılıdır. == İstinadlar == == Ədəbiyyat == Банковское дело: учебник / под ред. д-ра экон. наук, проф. Г. Г. Коробовой. — 2-е изд., перераб.
Hakimiyyət bölgüsü
Hakimiyyət bölgüsü, Hakimiyyətlərin bölünməsi və ya Hakimiyyətlərin bölgüsü — dövlət hakimiyyəti nin bir-birindən müstəqil (bəzi hallarda bir-birinə nəzarəti zəruridir) üç dövlət hakimiyyəti qoluna : qanunverici hakimiyyət, icraedici hakimiyyət və məhkəmə hakimiyyətinə bolünməsini nəzərdə tutan siyasi-hüquqi nəzəriyyə. Nəzəriyyə Con Lokk, termin isə Monteskyö tərəfindən təklif edilib. Monteskyenin irəli sürdüyü hakimiyyətlər bölgüsü siyasi cəmiyyətdə azadlığın yaşanması və idarəetmə gücünün sui-istifadəsini əngəlləməsi üçün hələ də aktual məsələdir və məcburi şərtdir. Monteskye bu prinsipi "Qanunların ruhu" adlı əsərində irəli sürüb. Lakin müəllif bu anlayışı ilk dəfə "İngilis Konstitusiyası" adlı əsərində "məhkəmə hakimiyyəti, qanunvericilik və icra hakimiyyətindən ayrılmayıbsa, azadlıqdan danışmaq mümkün deyildir" şəklində istifadə edib. Hakimiyyətlərin ayrılmasının səbəblərini isə Monteskye belə açıqlayır: insanın pis cəhətləri də vardır və iqtidarı əlində tutan şəxs bu hüquqlardan sui-istifadə edə bilər. Buna görə, iqtidarın sui-istifadəsinın qabağını almaq üçün iqtidarı iqtidarla durdurmaq lazımdır. Klassik mənada hakimiyyətlər bölgüsü hər kəsin əməl etməsi məcburi olan ümumi qaydaları qoyan parlamenti, bu qaydaları icra edən icra hakimiyyəti orqanını və bu qaydaların tətbiqindən yaranan mübahisələrin həlli üçün məhkəmə orqanının olmasını və bir-birindən ayrılmasını nəzərdə tutur. Monteskyenin fikirləri bir çox hüquq və siyasət alimlərinin diqqətini çəkib. Bu fikirlər çox mübahisələndirilib və tənqid edilib.
Qanunverici hakimiyyət
Qanunverici hakimiyyəti — qanun sahəsində hakimiyyət. Hakimiyyət bölgüsü olan dövlətlərdə, hakimiyyətin bu tipi xüsusi olaraq qanun qəbulu ilə məşğul olur. Qanunverici orqan səlahiyyətlərinə hökumətin təsdiqi, qanunların qəbulu və ona dəyişikliklərin edilməsi, dövlət büdcəsini təsdiqi, beynəlxalq müqavilə və sazişlərin təsdiqi, müharibə elan edilməsi daxildir. Müxtəlif ölkələrdə müxtəlif adla adlansa da ümumi adı — parlamentdir. Qanunverici orqanlar xüsusi hüquqa malik olan və qanunları qəbul etmək səlahiyyətində olan dövlət hakimyyətinin ali orqanları. R.Əliquliyev, S.Şükürlü, S.Kazımova. Elmi fəaliyyətdə istifadə olunan əsas terminlər. Bakı: İnformasiya Texnologiyaları, 2009, 201 s.
Siyasi hakimiyyət
Siyasi hakimiyyət — bir nəfərin və ya elitanın vətəndaşların və cəmiyyətin davranışını milli maraqlardan irəli gələrək idarə etmə imkanları. Bu anlayış bir qayda olaraq "dövlət hakmiyyəti" anlayışı ilə bir anlamda işlənir.
İcraedici hakimiyyət
İcraedici hakimiyyət — dövlət hakimiyyətinin üç müstəqil qolundan biri, dövlət qanunlarına tabedir. İcraedici hakimiyyət dövlət işinin idarə edilməsini həyata keçirən dövlət orqanları sistemidir.
Xarizmatik hakimiyyət
Xarizmatik hakimiyyət — alman sosioloqu Maks Veber tərəfindən işlənib hazırlanmış liderlik anlayışıdır. Bura hakimiyyətin liderinin xarizmasından qaynaqlandığı təşkilat növü və ya rəhbərlik növü daxildir. Xarizmatik hakimiyyət digər iki hakimiyyət növləri — qanuni hakimiyyət və ənənəvi hakimiyyətdən fərqlidir. Üç növün hər biri Maks Veberin hakimiyyətin üçtərəfli təsnifatının bir hissəsini təşkil edir. "Xarizma" — qədim yunan terminidir və I-ci əsrdə Müqəddəs Pavelin yeni yaranmaqda olan xristian icmalarına yazdığı məktublar vasitəsilə populyarlıq qazanmışdır. Bu kontekstdə o, ümumiyyətlə, Kilsənin ilk rəhbərləri daxilində Allahın səlahiyyətini nümayiş etdirən ilahi mənşəli “hədiyyə”yə istinad edirdi. Maks Veber bu teoloji anlayışı götürdü və ümumiləşdirdi, onu ardıcılların aid etdiyi bir şey kimi nəzərdən keçirdi və bununla da onu siyasi, hərbi, məşhur və qeyri-xristian dini kontekstlərə tətbiq edən sosioloqların istifadəsinə açdı. İstifadə olunan digər terminlər "xarizmatik hökmranlıq" və "xarizmatik liderlik"dir. Xarizmatik hakimiyyətdə əmrlər yerinə yetirilir, çünki liderin davamçıları və ya şagirdləri onun xüsusi xarakterinə əmindirlər. Xarizmatik hakimiyyət liderin malik olduğu qeyri-adi qabiliyyətlərinə əsaslanır.
İnsan resursları siyasəti
İnsan resursları siyasəti — kadrlarla işin istiqamətini və məzmununu müəyyən edən məqsəd və prinsiplər toplusu. Kadr siyasəti vasitəsilə insan resurslarının idarə edilməsinin məqsəd və vəzifələrinin həyata keçirilməsi həyata keçirilir, buna görə də insan resursları ilə iş sisteminin əsası hesab olunur. Kadr siyasəti təşkilatın rəhbərliyi tərəfindən formalaşdırılır, kadr xidməti tərəfindən öz funksiyalarını işçiləri tərəfindən yerinə yetirilməsi prosesində həyata keçirilir. Bu, aşağıdakı normativ sənədlərdə öz əksini tapmışdır: daxili qaydalar kollektiv müqavilə Təşkilatın məqsədlərinə çatmasına töhfə verən kadr siyasəti aşağıdakı əsas vəzifələri həll etməlidir: hər bir işçinin bacarıq və ixtisas potensialından səmərəli istifadə etmək; təşkilatı hüquqlu və maraqlı işçilərlə təmin etmək; təşkilatda işçilərin maksimum özünü ifadə etməsinə nail ola bildikləri işdən tam razı qalmaları üçün şərait yaratmaq; hər bir işçinin komandada layiqli mənəvi mühiti saxlamaq istəyini stimullaşdırmaq və dəstəkləmək; işçilər arasında bütün komandanın, bütövlükdə təşkilatın ümumi faydasına nail olmaq istəyini dəstəkləmək. Kadr siyasətində xüsusi diqqət cari uzunmüddətli planlaşdırma əsasında — menecerlər üçün idarəetmə karyerasının idarə edilməsi proqramları əsasında idarəedici kadrların hazırlanmasına verilir. Proqram, yüksəliş perspektivi ilə müxtəlif təşviq və təminatlar əsasında təşkilatın ehtiyaclarını və namizədin keyfiyyətlərini nəzərə almaqla hər bir menecer üçün fərdi karyera planlamasını nəzərdə tutur. Koordinasiya edilmiş əmək haqqı və onun nəticələrinə görə mükafatlandırma sistemi kadr siyasətinin prinsipial mühüm tərkib hissəsinə çevrilməlidir. Bu mürəkkəb problemin həlli peşəkar bilik, iş stajı və iş təcrübəsi, intellektual və fiziki imkanlar, iş şəraiti və keyfiyyəti, işçinin işin yekun nəticəsinə töhfəsi kimi amilləri nəzərə almalı olan etibarlı qiymətləndirmə sisteminin işlənib hazırlanmasını təşkilatın fəaliyyəti tələb edir. Təşkilatın kadr siyasətinə aşağıdakı amillər təsir göstərir: Müxtəlif əmək qanunları və əməklə bağlı qanunvericilik aktları nəzərə alınmalıdır. Siyasətlər ölkənin, əyalətin və/və ya vilayətin qanunlarına uyğun olmalıdır, əks halda onlar təşkilat üçün problemlər yarada bilər.
Beşinci hakimiyyət (film)
"Beşinci hakimiyyət" — "WikiLeaks" saytının rəhbəri Culian Assanj haqqında 2013-cü ildə çəkilmiş film. Film dünya kino prokatına 2013-cü il sentyabrın 5-də verilmişdir. == Məzmun == Film Culian Assanjın gizli yazışmalarını öz saytında necə dərc etmək fikrinə gəldiyi və ABŞ hökumətinin buna necə reaksiya verməsindən bəhs edir. Filmin əsas epizodlarında Culian Assanjın tərəfdarı olan Daniyel Damşayt-Berqlə gizli materialları nə vaxt və necə dərc edilməsi barəsində mübahisələri yer almışdır. == Reaksiyalar == Filmdə Culian Assanjla bağlı bəzi gizli məqamların açıqlanması ajiotaja səbəb olmuşdur. Culian Assanjın özü isə filmin çəkilməsinə qarşı çıxmışdır. O, filmdə öz obrazının təkəbbürlü verildiyini bildirmişdir.
Beşinci hakimiyyət (film, 2013)
"Beşinci hakimiyyət" — "WikiLeaks" saytının rəhbəri Culian Assanj haqqında 2013-cü ildə çəkilmiş film. Film dünya kino prokatına 2013-cü il sentyabrın 5-də verilmişdir. == Məzmun == Film Culian Assanjın gizli yazışmalarını öz saytında necə dərc etmək fikrinə gəldiyi və ABŞ hökumətinin buna necə reaksiya verməsindən bəhs edir. Filmin əsas epizodlarında Culian Assanjın tərəfdarı olan Daniyel Damşayt-Berqlə gizli materialları nə vaxt və necə dərc edilməsi barəsində mübahisələri yer almışdır. == Reaksiyalar == Filmdə Culian Assanjla bağlı bəzi gizli məqamların açıqlanması ajiotaja səbəb olmuşdur. Culian Assanjın özü isə filmin çəkilməsinə qarşı çıxmışdır. O, filmdə öz obrazının təkəbbürlü verildiyini bildirmişdir.
İsrail Krallığı (birləşmiş hakimiyyət)
İsrail Krallığı Tanaxda yazılanlara görə, b.e.ə. təqribən 1050-ci ildən e.ə təxminən 930-cu ilə qədər Yaxın Şərqdə mövcud olmuş vahid teokratik monarxiya. Tanaxa görə, İsrail övladları birləşmiş krallığın dövründən əvvəl konfederasiya kimi yaşamış on iki qəbilə idi. Təxminən b.e.ə. 1025-ci ildə onlar xarici təhdidlər səbəbindən İsrail krallığını yaratmışlar. Dövrün rəhbərlərindən biri olan Samuel e.ə 1020-ci ildə Bünyamin qəbiləsindən olan Şaul ben Kişi krallığın başına gətirdi. Onun ardınca gələn Kral David (Davud kimi tanınır) dövründə (e.ə 1006) krallıq ən güclü dövrünü yaşayıb. Davud ölkənin ikinci padşahı oldu (Şauldan sonra gələn müvəqqəti kral İşboşet sayılmazsa) və Yerusəlimi paytaxtı elan etdi. Bundan əvvəl Şaulun dönəmində paytaxt Gibeah, İşboşetin dövründə isə paytaxt Mahanaim idi. Davudun krallığının ilk yeddi ilində Xevron (indiki Əl Xəlil) paytaxt idi.
İsrail padşahlığı (birləşmiş hakimiyyət)
İsrail Krallığı Tanaxda yazılanlara görə, b.e.ə. təqribən 1050-ci ildən e.ə təxminən 930-cu ilə qədər Yaxın Şərqdə mövcud olmuş vahid teokratik monarxiya. Tanaxa görə, İsrail övladları birləşmiş krallığın dövründən əvvəl konfederasiya kimi yaşamış on iki qəbilə idi. Təxminən b.e.ə. 1025-ci ildə onlar xarici təhdidlər səbəbindən İsrail krallığını yaratmışlar. Dövrün rəhbərlərindən biri olan Samuel e.ə 1020-ci ildə Bünyamin qəbiləsindən olan Şaul ben Kişi krallığın başına gətirdi. Onun ardınca gələn Kral David (Davud kimi tanınır) dövründə (e.ə 1006) krallıq ən güclü dövrünü yaşayıb. Davud ölkənin ikinci padşahı oldu (Şauldan sonra gələn müvəqqəti kral İşboşet sayılmazsa) və Yerusəlimi paytaxtı elan etdi. Bundan əvvəl Şaulun dönəmində paytaxt Gibeah, İşboşetin dövründə isə paytaxt Mahanaim idi. Davudun krallığının ilk yeddi ilində Xevron (indiki Əl Xəlil) paytaxt idi.
Burkina-Faso hakimiyyət çevrilişi (2014)
Burkina-Faso hakimiyyət çevrilişi (fr. Révolution de 2014 au Burkina Faso) - Burkina-Fasonun VI prezidenti Blez Kompaorenin hakimiyyətdən salınması ilə nəticələnən hərbi çevriliş. Hadisələr 2014-cü ilin oktyabr ayından etibarən başlamış və Blez Kompaorenin hakimiyyət müddətini uzatmaq üçün konstitusiyaya mövcud dəyişiklilər edəcəyini elan etdikdən sonra daha da şiddətlənmişdir. == Arxa Plan == Fransanın keçmiş müstəmləkəsi olan Burkina-Faso 1960-cı ildə Fransadan ayrılıb öz müstəqilliyini elan etdikdən sonra ilk prezidentini seçmişdir. Hakimiyyətə gələn Maures Yameogo ölkənin ilk prezidenti seçilir. Mauresin ardından hakimiyyətə qısa müddətli gələn prezidentlər ölkənin sosial-iqtisadi rifahının gücləndirilməsində ciddi iş görə bilmirlər. 1983-cü ilin 4 avqust tarixində Burkina-Fasonun V prezidenti kimi hakimiyyətə gələn Toma Sankara keçirdiyi islahatlarla əhalisinin 85% yaxının yoxsulluq şəraitində yaşayan ölkənin sosial rifahının yaxşılaşdırılmasına qisməndə olsa nail olur. Qeyr-adi davranışları və addımları ilə bütün dünyanın marağına səbəb olan V prezident 1987-ci ilin 15 oktyabr tarixində Blez Kompaoreyə tabe qüvvələr tərəfindən öldürülür. 37 yaşında paytaxt Uaqaduquda öldürülən Toma Sankaranın arından elə həmin gün Blez Kompaore özünü Burkina-Fasonun yeni VI prezidenti olduğunu elan edir. 1987-ci ildən etibarən hakimiyyətə gəlmiş Blez Kompaore 2005 və 2010-cu illərdə ölkədə keçirilən prezident seçkiləri zamanı mütləq səs çoxluğu ilə qalib gəlir.